Son dəqiqə

İran ABŞ İsveçrə Cey Di Vens Stiv Uitkoff Cared Kuşner Danışıqlar

Cey Di Vens: İrana dair müharibəni dayandırmaq üçün danışıqlar bazar günü mümkün ola bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İranla bağlı müharibənin dayandırılmasına yönəlmiş danışıqların bazar günü keçirilməsi mümkündür.

TurkicWorld xəbər verir ki, Cey Di Vens bu barədə "Foks Nyus" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası diplomatik prosesin davam etdirilməsində maraqlıdır və yaxın günlərdə mühüm təmaslar baş tuta bilər.

Vens bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner hazırda İsveçrədə danışıqlarda iştirak edirlər.

ABŞ rəsmisi Vaşinqtonun İranla əldə olunmuş atəşkəsin qorunub saxlanılacağına inandığını da vurğulayıb.

Eyni zamanda o, İranın Hörmüz boğazını bağlaması ilə bağlı yayılan məlumatları şərh edərək, bununla bağlı hər hansı sübutun olmadığını deyib.

Cey Di Vensin sözlərinə görə, ABŞ tərəfi vəziyyəti yaxından izləyir və bölgədə sabitliyin qorunması üçün diplomatik səyləri davam etdirir.

Mövzuya görə xəbərlər