Son dəqiqə

İran ABŞ neft Brent Tramp Hörmüz boğazı İqtisadiyyat enerji bazarı qlobal ticarət

ABŞ–İran razılaşmasından sonra neft qiymətləri ucuzlaşıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ və İran arasında imzalanan müvəqqəti sülh çərçivə sazişindən sonra neft qiymətlərində azalma qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu razılaşma qlobal enerji bazarlarında dalğalanmaya səbəb olub.

Məlumata görə, Brent markalı neftin qiyməti 1,53 dollar və ya 1,9 faiz azalaraq 78,02 dollar/barel səviyyəsinə düşüb.

Neft bazarında bu eniş bir neçə gün davam edən ucuzlaşma trendini bərpa edib.

Bununla belə, qiymətlər bir gün əvvəl qısa müddətlik artım göstərmişdi.

Artım ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatlarından sonra qeydə alınmışdı.

Tramp ABŞ-ın razılaşmaya əməl olunmasa, hərbi əməliyyatları yenidən başlada biləcəyini demişdi.

Mövzuya görə xəbərlər