Son dəqiqə

ABŞ Hindistan Donald Tramp Narendra Modi Hörmüz boğazı Qlobal İqtisadiyyat

Modi: Hörmüz boğazının açıq qalması qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hindistanın Baş naziri Narendra Modi Hörmüz boğazının açıq saxlanmasının qlobal iqtisadiyyat üçün vacib olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, o bu barədə ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra açıqlama verib.

Modi qeyd edib ki, tərəflər Hörmüz boğazının açıq qalmasının qlobal iqtisadi sabitlik üçün “həyati” olduğu barədə razılığa gəliblər.

Onun sözlərinə görə, Hindistan uzun müddətdir dəniz nəqliyyatında azad hərəkət prinsipini dəstəkləyir.

Modi vurğulayıb ki, enerji daşımaları və ticarət axınları üçün bu marşrut xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, Hindistan beynəlxalq dəniz yollarında təhlükəsizliyin təmin olunmasını daim müdafiə edir.

Açıqlama G7 sammiti çərçivəsində aparılan diplomatik müzakirələr fonunda verilib.

Hörmüz boğazı dünya neft və qaz daşımalarının əsas marşrutlarından biri hesab olunur.

Mövzuya görə xəbərlər