BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın zərbə endirilmiş obyektlərində basdırıldığı deyilən zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı planlara münasibət bildirib.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri bildirib ki, Vaşinqton həmin materialın çıxarılmasına hazırdır, lakin bu prosesdə tələskənliyə ehtiyac görmür.
Onun sözlərinə görə, plan uranın ələ keçirilməsi deyil, onun məhv edilməsidir.
Tramp qeyd edib ki, ABŞ-nin bu tip materiallardan kifayət qədər ehtiyatı mövcuddur.
O əlavə edib ki, məqsəd təhlükəli nüvə materialının tam şəkildə zərərsizləşdirilməsidir.
ABŞ Prezidenti bu məsələnin vaxtından çox nəticəsinin vacib olduğunu vurğulayıb.







