BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan parlamentinin sədri Nəbih Berri və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehran–Vaşinqton arasında əldə olunan memorandumla bağlı fikir mübadiləsi aparıblar.
TurkicWorld xəbər verir ki, bu barədə İranın dövlət televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, tərəflər xüsusilə razılaşmada Livana qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı müddəanı müzakirə ediblər.
Görüş zamanı sənəddə əks olunan öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Qalibaf və Berri ABŞ-ın, həmçinin memorandumun təminatçısı olan tərəflərin İsrailin hərbi əməliyyatlarının dayandırılmasına təsir göstərməli olduğunu bildiriblər.
Onlar Livanda kəndlərin dağıdılmasının dayandırılması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruriliyini qeyd ediblər.
Tərəflər İsrail qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasının vacibliyini də vurğulayıblar.
Məlumatda qeyd olunur ki, müzakirələr regional sabitlik və Livandakı vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyıb.







