Son dəqiqə

İran ABŞ Cey Di Vens Enerji təhlükəsizliyi Hörmüz boğazı dəniz nəqliyyatı qlobal ticarət Gəmiçilik

Vens: Hörmüz boğazının uzunmüddətli perspektivdə ödənişsiz fəaliyyət göstərməsi gözlənilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Hörmüz boğazının gələcək fəaliyyəti ilə bağlı texniki məsələlər hələ də danışıqlar mərhələsindədir.

TurkicWorld xəbər verir ki, Vens televiziya kanalına müsahibəsində boğazın yalnız müəyyən müddət üçün, yoxsa uzunmüddətli əsasda ödənişsiz fəaliyyət göstərəcəyi ilə bağlı suala cavab verib.

Onun sözlərinə görə, Vaşinqtonun gözləntisi Hörmüz boğazının uzunmüddətli perspektivdə gəmilər üçün əlavə keçid ödənişləri olmadan açıq qalmasıdır.

Vitse-prezident qeyd edib ki, bu məsələnin bütün detalları davam edən texniki danışıqlar zamanı dəqiqləşdiriləcək.

Vens vurğulayıb ki, tərəflər hazırda boğazın gələcək idarə olunması ilə bağlı müxtəlif mexanizmləri müzakirə edirlər.

Bu açıqlama İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Hörmüz boğazından keçən ticarət gəmiləri üçün müəyyən xidmət haqlarının tətbiq oluna biləcəyini bildirməsindən sonra səsləndirilib.

İran tərəfi həmin ödənişlərin keçid haqqı deyil, təhlükəsizlik, ətraf mühitin qorunması və digər xidmətlərlə bağlı olacağını açıqlayıb.

Məsələ ilə bağlı yekun qərarın danışıqların nəticəsindən sonra müəyyənləşəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər