Son dəqiqə

İran ABŞ Livan Yaxın Şərq Cozef Aun Təhlükəsizlik tədbirləri regional sabitlik Suverenlik Razılaşma

Livan prezidenti İran-ABŞ razılaşmasını alqışladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun İran və ABŞ arasında əldə olunan razılaşmanı, xüsusilə də Livanda hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan müddəaları müsbət qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı bəyanatda Cozef Aun razılaşmanın Livanın özünəməxsus xüsusiyyətlərinə hörmət göstərilməsi və ölkənin təhlükəsizliyinin regional sabitliyin ayrılmaz hissəsi kimi tanınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezident qeyd edib ki, Livanın sabitliyi və təhlükəsizliyi bölgədə davamlı sülhün təmin olunması istiqamətində atılan hər bir ciddi addımın əsas tərkib hissələrindən biridir.

Onun sözlərinə görə, əldə olunan razılaşma regionda gərginliyin azalmasına və dövlətlərin suverenliyinin qorunmasına töhfə verə bilər.

Aun ümid etdiyini bildirib ki, bu razılaşma bölgədə sabitliyin möhkəmlənməsinə, xalqların hüquqlarının qorunmasına və dövlətlərin müstəqilliyinə hörmət edilməsinə şərait yaradacaq.

Livan prezidenti vurğulayıb ki, ölkəsinin əsas prioritetlərindən biri dağıdılmış ərazilərin bərpası və vətəndaşların normal həyata qayıtmasının təmin edilməsidir.

O əlavə edib ki, təhlükəsiz və sabit dövlət şəraitində livanlıların yenidənqurma işlərinə diqqət ayırması ölkənin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər