Son dəqiqə

İran ABŞ Hörmüz boğazı Nüvə Proqramı Performansa əsaslanan razılaşma Zənginləşdirilmiş materiallar Silahlı qruplar

ABŞ rəsmisi: İran nüvə proqramını dağıdacaq və Hörmüz boğazını yenidən açacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın yüksək səviyyəli rəsmi bildirib ki, İran bir neçə komponentdən ibarət “performansa əsaslanan razılaşma”ya razılıq verib.

TurkicWorld xəbər verir ki, razılaşmaya əsasən:

1.İranın nüvə proqramı dağıdılacaq, zənginləşdirilmiş materiallar məhv ediləcək və çıxarılacaq;
2.Hörmüz boğazı yenidən açılacaq;
3.İran silahlı qruplara maliyyə dəstəyi göstərməyi dayandıracaq;
4.Tehran öhdəliklərini yerinə yetirməyənədək heç bir dondurulmuş vəsait buraxılmayacaq.

Rəsmi bildirib ki, bu addımlar regionda sülhün bərqərar olunması və nüvə təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır.

Mövzuya görə xəbərlər