BAKI,TurkicWorld Yusif Şərifzadə
İran ətrafında davam edən müharibənin mümkün həlli ilə bağlı ümidlər fonunda qızılın qiyməti sabit qalıb.
TurkicWorld xəbər verir ki, spot qızılın bir unsiyasının qiyməti GMT vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən dəyişməyərək 4 480,29 dollar səviyyəsində olub. Qiymətlər bundan əvvəl martın 30-dan bəri ən aşağı həddə enmişdi.
ABŞ-da iyun ayı üzrə qızıl fyuçersləri isə 0,6 faiz azalaraq 4 482,80 dollar təşkil edib.
FXTM şirkətinin baş tədqiqat analitiki Lukman Otunuqa bildirib: “ABŞ və İran arasında aparılan danışıqlarda müsbət irəliləyiş əldə olunarsa və bu, Hörmüz boğazının yenidən açılması ehtimalını artırarsa, dolların zəifləməsi və inflyasiya narahatlıqlarının azalması fonunda qızıl qiymətləri yüksələ bilər.”







