Son dəqiqə

İsrail İran ABŞ futbol Meksika Canni İnfantino FİFA 2026-cı il dünya çempionatı İran milli komandası

İran millisi dünya çempionatında ABŞ-da oynayacaq - FİFA

BAKI, TurkicWorld, Orxan Qədirzadə

FİFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı il dünya çempionatı oyunlarını ABŞ-da keçirəcəyini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, İnfantino bəyan edib ki, oyunlar püşkatmanın nəticələrinə uyğun olaraq əvvəlcədən planlaşdırıldığı kimi təşkil olunacaq və dəyişiklik nəzərdə tutulmur.

Qeyd edək ki, İran Futbol Federasiyası daha əvvəl ABŞ və İsrail ilə müharibə fonunda oyunların Meksikaya köçürülməsi imkanlarını müzakirə etdiyini açıqlamışdı. Meksika tərəfi də zərurət yaranacağı təqdirdə bu oyunları qəbul etməyə hazır olduğunu bildirmişdi.

Buna baxmayaraq, FİFA rəhbərliyi İran millisinin turnirdə iştirak edəcəyini və oyunların ABŞ-da keçiriləcəyini vurğulayıb. İran yığmasının ilk oyunu iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya ilə baş tutacaq. Daha sonra komanda Belçika və Misir yığmaları ilə qarşılaşacaq.

Müharibənin başlanmasından sonra İranın turnirdə iştirakının sual altında olduğu qeyd olunurdu. Lakin İnfantino bu sualları aradan qaldıraraq İranın dünya çempionatında çıxış edəcəyini bir daha təsdiqləyib.

Eyni zamanda ABŞ rəhbərliyi tərəfindən təhlükəsizliklə bağlı bəzi narahatlıqlar səsləndirilsə də, İran tərəfi milli komandanın yarışdan kənarlaşdırılmasının mümkün olmadığını bəyan edib.

FİFA rəhbərliyi bildirib ki, təşkilat geosiyasi münaqişələri həll etməsə də, futbol vasitəsilə dialoq və sülhün təşviqinə töhfə verməyə çalışır.

Mövzuya görə xəbərlər