BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran hökumətinin sözçüsü Fatimə Mohacerani ölkəsinin davam edən müharibədə "əhəmiyyətli itkilər" verdiyini etiraf edərək, Tehranın sülh danışıqları üçün əsas tələblərini bəyan edib. O bildirib ki, İran müharibəni başlayan tərəf olmasa da, həm insan itkiləri, həm də mülki infrastrukturun dağılması baxımından ağır zərər görüb.
TurkicWorld xəbər verir ki, Mohaceraninin sözlərinə görə, istənilən danışıqlar prosesində İranın dəyən ziyanın kompensasiya edilməsi əsas şərtlərdən biridir. Bundan əlavə, rəsmi Tehran Hörmüz boğazı üzərində nəzarətin təmin edilməsi və ölkəyə qarşı tətbiq olunan sanksiyaların tamamilə ləğv olunmasını danışıqlar masasında müzakirə ediləcək əsas məsələlər kimi qeyd edib. "Biz davamlı sülhə doğru addım atmağa hazırıq", - deyə hökumət sözçüsü vurğulayıb.







