BAKI, TurkicWorld, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bazar ertəsi Ciddə şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisini qəbul edib.
TurkicWorld xəbər verir ki, Misir Rəyasət Heyətinin yaydığı məlumata görə, bu səfərin əsas məqsədi maraq kəsb edən müxtəlif regional və beynəlxalq məsələlər ətrafında məsləhətləşmələri və koordinasiyanı davam etdirməkdir.
Görüş çərçivəsində Vəliəhd şahzadə Məhəmməd bin Salman Prezident əs-Sisinin şərəfinə iftar ziyafəti də verib. İki liderin görüşündə Yaxın Şərqdəki mövcud vəziyyət, iqtisadi əməkdaşlıq və ortaq strateji hədəflər müzakirə mövzusu olub.