Son dəqiqə

Dünyanın ən böyük hərbi gəmisi Yaxın Şərqə gəlir: Trampdan İrana son xəbərdarlıq ABŞ-dan İrana ikiqat zərbə gücü: USS Gerald R. Ford yola çıxdı Trampın travmatik xəbərdarlığı: Aviadaşıyıcılar İran sahillərinə cəmləşir USS Gerald R. Ford Karib dənizini tərk etdi: Yeni hədəf İran nüvə proqramıdır İkinci aviadaşıyıcı qrupu yolda: ABŞ-ın Yaxın Şərqdəki hərbi strategiyası dəyişir

Dünyanın ən böyük aviadaşıyıcısı Yaxın Şərqə göndərilir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Trampın əmri ilə dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" Karib dənizindən Yaxın Şərqə doğru yola düşüb. Bu addım Vaşinqtonun Tehrana nüvə proqramı ilə bağlı təzyiqləri artırdığı bir vaxtda atılıb.

TurkicWorld xəbər verir ki, "The New York Times" və "Associated Press"in mənbələrinə istinadən verdiyi məlumata görə, bu yerdəyişmə regionda ABŞ-ın eyni anda iki aviadaşıyıcı qrupuna sahib olmasını təmin edəcək.

Hazırda regionda olan "USS Abraham Lincoln" aviadaşıyıcısına "USS Gerald R. Ford"un da qoşulması Trampın "maksimum təzyiq" siyasətinin hərbi hissəsini təşkil edir. Prezident Tramp dünən verdiyi açıqlamada İranı xəbərdar edərək bildirib ki, sazişin əldə olunmaması Tehran üçün "çox travmatik" olacaq.

Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirilən uzunmüddətli müzakirələrdən sonra bu qərarın verilməsi diqqət çəkir. Netanyahu Vaşinqtonu İranın ballistik raket proqramını məhdudlaşdırmağa və "HƏMAS" ilə "Hizbullah"-a dəstəyi dayandırmağa məcbur etməyə çağırıb.

"USS Gerald R. Ford daha öncə oktyabr 2025-də Aralıq dənizindən Karib dənizinə Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələnən əməliyyatda iştirak etmək üçün göndərilmişdi.

İndi isə Yaxın Şərqə, İran sahillərinə yönləndirildi.

Gəmi heyəti artıq 8 aydır fasiləsiz xidmətdədir və bu yerdəyişmə ABŞ hərbi tarixindəki ən uzunmüddətli ezamiyyətlərdən biri hesab olunur.