Son dəqiqə

BMT Antoniu Quttereş

BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

BAKI, TurkicWorld, Nailə Babazadə

BMT ciddi maliyyə çətinliyi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Təşkilat bildirib ki, xüsusilə ABŞ başda olmaqla bəzi ölkələrin üzvlük haqlarını ödəməməsi səbəbindən iyul ayına qədər maliyyə ehtiyatları tamamilə tükənə bilər.

TurkicWorld xəbər verir ki, BMT baş katibi Antonio Quterreş üzv dövlətlərə göndərdiyi məktubda 2025-ci ilin rekord səviyyədə ödənilməmiş borcla başa çatdığını qeyd edib. Onun sözlərinə görə, böhran proqramların icrasını təhlükə altına salır və yaxın aylarda vəziyyət daha da ağırlaşa bilər.

Məlumatlara görə, ödənilməmiş haqların böyük hissəsi ABŞ-ın payına düşür və Vaşinqtonun BMT-yə milyardlarla dollar borcu var. Ekspertlər bildirirlər ki, məcburi haqların vaxtında ödənilməməsi əsas büdcəni zəiflədir, könüllü ianələrin azalması isə humanitar və inkişaf proqramlarına mənfi təsir göstərir.

Maliyyə mənbələri tükənərsə, BMT-nin Nyu-Yorkdakı qərargahının fəaliyyətinin məhdudlaşdırılması və Baş Assambleya toplantısının ləğvi riski də istisna edilmir. Ekspertlər böhranın qarşısını almaq üçün maliyyə qaydalarının yenilənməsini və fövqəladə büdcə mexanizminin hazırlanmasını təklif edirlər.

Mövzuya görə xəbərlər