Son dəqiqə

İran–ABŞ gərginliyi: Tehranda 5 min məzar hazırlandığı bildirilir Mehr agentliyi ABŞ hərbçiləri ilə bağlı diqqətçəkən iddia yayıb İranda mümkün müharibə ssenarisi ilə bağlı rəsmi təsdiq yoxdur İran müharibə iddiaları fonunda ABŞ-la danışıqların irəlilədiyini açıqlayıb Əli Laricani ABŞ-la danışıqlarla bağlı açıqlama verdi

İran ABŞ-la müharibə iddiaları fonunda danışıqlarla bağlı açıqlama verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran rəsmisi qlobal mediada yayılan müharibə ssenarilərinə baxmayaraq, Tehranla Vaşinqton arasında danışıqlar üçün zəmin formalaşdırıldığını bəyan edib.

TurkicWorld xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani sosial media platforması X-də paylaşım edərək, mediada süni şəkildə yaradılan müharibə gözləntilərinin əksinə olaraq, danışıqlar üçün institusional çərçivənin formalaşdırılması prosesinin irəlilədiyini bildirib. Onun sözlərinə görə, ictimai rəy müharibəyə fokuslansa da, pərdəarxası diplomatik mexanizmlər üzərində iş davam edir.

Laricani qeyd edib ki, İran tərəfi müzakirələrə prinsip etibarilə açıqdır, lakin bu proses yalnız bərabərhüquqlu və təhdidlərdən kənar mühitdə mümkün ola bilər. O vurğulayıb ki, Tehran təzyiq və hədələr fonunda danışıqlara başlamağı qəbuledilməz hesab edir.

Xatırladaq ki, son həftələr İranın nüvə proqramı, regional təhlükəsizlik və ABŞ administrasiyasının sərt bəyanatları fonunda mümkün hərbi qarşıdurma ehtimalları beynəlxalq mediada geniş müzakirə olunur. İran rəsmilərinin son açıqlamaları isə bu ssenarilərin rəsmi mövqeyi əks etdirmədiyini göstərir.

Mövzuya görə xəbərlər