BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranda ABŞ-la mümkün hərbi qarşıdurma ehtimalı fonunda paytaxt Tehranda diqqətçəkən iddia irəli sürülüb.
TurkicWorld xəbər verir ki, İranın yarı rəsmi Mehr agentliyinin Beheşti-Zəhra qəbiristanlıq qurumuna istinadən yaydığı xəbərə görə, Tehranda mümkün İran–ABŞ müharibəsi ssenarisində həlak ola biləcək ABŞ hərbçilərinin müvəqqəti dəfni üçün təxminən 5 min məzarın hazırlandığı bildirilir. Məlumata əsasən, sözügedən məzarların ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatına cavab olaraq görülən qabaqlayıcı tədbirlərin tərkib hissəsi kimi dəyərləndirildiyi qeyd olunur.
Xəbərdə vurğulanır ki, məzarlar paytaxt ərazisində yerləşən qəbiristanlıqda hazırlanıb və ehtimal edilən hərbi ssenariyə uyğun planlaşdırma çərçivəsində nəzərdə tutulub. Bununla belə, İranın rəsmi qurumları məlumatla bağlı hələlik açıqlama verməyib və iddia rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, son dövrlər İran–ABŞ münasibətlərində gərginliyin artması ilə bağlı xəbərlər fonunda bu cür məlumatlar regional təhlükəsizlik müzakirələrini daha da aktuallaşdırır.
