Son dəqiqə

HƏMAS Qəzza idarəçiliyini texnokratlar komitəsinə verməyə hazırdır HƏMAS: Rəfah keçidi hər iki istiqamətdə tam açılmalıdır Qəzza üçün yeni idarəetmə modeli gündəmdədir HƏMAS Qəzzada hakimiyyətin təhvilinə dair açıqlama verib Qəzza idarəçiliyində texnokratlar mərhələsi başlaya bilər HƏMAS İsrail maneələri olmadan Rəfahın açılmasını tələb edir

HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

HƏMAS hərəkəti Rəfah keçidinin tam açılmasını da əsas şərt kimi irəli sürür.

TurkicWorld xəbər verir ki, HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni fələstinli texnokratlardan ibarət milli komitəyə tam şəkildə təhvil verməyə hazır olduğunu bəyan edib. Hərəkatın sözçüsü Hazim Qasim bu barədə Fransız Mətbuat Agentliyinə açıqlamasında bildirib.

Hazim Qasim qeyd edib ki, idarəetmənin ötürülməsi üçün bütün texniki və inzibati prosedurlar əvvəlcədən hazırlanıb, müvafiq sənədlər tamamlanıb və təhvil prosesinə nəzarət edən komitələr formalaşdırılıb. Onun sözlərinə görə, məqsəd Qəzza zolağında hakimiyyətin qeyd olunan milli texnokrat komitəsinə tam ötürülməsini təmin etməkdir.

HƏMAS rəsmisi eyni zamanda Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə tam açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Qəzzaya giriş və çıxış azad şəkildə təmin edilmədiği və İsrail tərəfindən heç bir maneə yaradılmadığı təqdirdə humanitar və inzibati proseslərin normal icrası mümkün ola bilər.

Açıqlamada Rəfah keçidinin fasiləsiz fəaliyyəti Qəzza zolağında humanitar vəziyyətin yüngülləşdirilməsi baxımından əsas amil kimi qiymətləndirilib.