Son dəqiqə

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında saziş Ukrayna Xarici İşlər Nazirliyi

Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

BAKI,TurkicWorld

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması ilə bağlı fərman imzalayıb.

TurkicWorld-un məlumatına görə, müvafiq fərman V.Zelenskinin saytında yayımlanıb.

"20 mart 1992-ci ildə Kiyev şəhərində bağlanmış MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında sazişdən çıxmaq", - deyə sənəddə bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyinə bu qərarın razılığı barədə depozitarı məlumatlandırmaq tapşırılıb.