Son dəqiqə

ABŞ Nikolas Maduro Venesuela Donald Tramp Ağ Ev Kerolayn Livitt

ABŞ Maduroya qarşı əməliyyatda “Dezorientator” adlı gizli silahdan istifadə edib

BAKI, TurkicWorld

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı Discombobulator adlanan silahdan (“Dezorientator”) istifadə edib.

TurkicWorld xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp NYP-yə müsahibəsində bildirib: “Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm.”

Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Livittin sosial media səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan bir şəxsin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un təsirini “çox güclü səs dalğası” ilə müqayisə edib.

Mövzuya görə xəbərlər