Son dəqiqə

NATO ABŞ Donald Tramp Mark Rutte Dünya İqtisadi Forumu Qrenlandiya Arktika

Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

BAKI, TurkicWorld

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə M.Rutte "X" sosial şəbəkəsində yazıb.

NATO-nun baş katibi tərəflərin bu cür təmasları, xüsusən də 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, D.Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsini hədəflədiyini bildirib, çünki bunu ölkəsinin milli təhlükəsizliyi üçün vacib hesab edir.

Mövzuya görə xəbərlər