BAKI, TurkicWorld
NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır.
TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var.
“Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, - deyə Tramp əlavə edib.







