Son dəqiqə

Meloni və Takaichi süni intellektlə hazırlanmış anime selfisini paylaşdı İtaliya və Yaponiya liderlərindən simvolik dostluq mesajı Meloninin anime paylaşımı sosial şəbəkələrdə maraq doğurdu Roma və Tokio arasında yeni yaxınlaşma jesti Süni intellekt diplomatiyada: Melonidən fərqli paylaşım İtaliya-Yaponiya münasibətlərində simvolik an Meloni ve Takaichi anime tarzı yapay zeka selfiesi paylaştı İtalya ve Japonya liderlerinden dikkat çeken paylaşım Meloni’den sosyal medyada sembolik dostluk mesajı Yapay zeka ile diplomatik jest Liderlerin anime paylaşımı gündem oldu Roma ve Tokyo arasında yeni yakınlaşma

Meloni Takaici ilə süni ilintellektlə hazırlanmış anime selfisini paylaşdı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İtaliya və Yaponiya liderləri arasında simvolik paylaşım sosial şəbəkələrdə geniş diqqət çəkib.

TurkicWorld xəbər verir ki, İtaliyanın Baş naziri Corcia Meloni X sosial şəbəkəsində Yaponiyanın Baş naziri Sanae Takaici ilə çəkdirdiyi selfinin süni intellekt vasitəsilə hazırlanmış, anime üslublu versiyasını paylaşıb. Paylaşımda iki ölkə arasında artan yaxınlıq və dostluq mesajları ön plana çıxarılıb.

Meloni paylaşımında coğrafi baxımdan bir-birindən uzaq olsalar da, getdikcə yaxınlaşan iki xalqın qarşılıqlı anlaşma və dostluq münasibətlərinə diqqət çəkib. O, Sanae Takaichi ilə münasibətləri “dostluq və qarşılıqlı anlaşma” kimi xarakterizə edib.

Qeyd edək ki, İtaliya və Yaponiya sonuncu dəfə bu səviyyədə yaxın münasibətlərə İkinci Dünya Müharibəsi dövründə malik olublar.

Sosial şəbəkə istifadəçiləri süni intellektlə hazırlanmış anime üslublu təsviri müasir diplomatiyada yumşaq güc və simvolik ünsiyyət nümunəsi kimi dəyərləndiriblər.