Son dəqiqə

Fransa ABŞ Emmanuel Makron Avropa Danimarka Paris Qrenlandiya

Fransa Qrenlandiyaya qoşun göndərir

BAKI, TurkicWorld

Paris Danimarkanın müraciəti əsasında NATO-nun Qrenlandiyadakı birgə hərbi təlimlərində iştirak edəcək.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron rəsmi “X” səhifəsində elan edib.

Onun sözlərinə görə, qoşunların ilk bölmələri artıq manevrlərin keçiriləcəyi məkana göndərilib. Fransa lideri əməliyyatına “Arktik dözümlülük” adını aldığını diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Makron ABŞ-nin Qrenlandiyanı ilhaq edəcəyi təqdirdə, bunun qlobal miqyasda misli görülməmiş zəncirvari reaksiyalara yol açacağını xəbərdar etmişdi. O qeyd etmişdi ki, Amerikalı vəzifəli şəxslərin ada ilə bağlı bəyanatlarına ciddi yanaşır və suveren Avropa ölkəsinə (Danimarka nəzərdə tutulur –red) əl uzatmasının neqativ fəsadları olacaq.

Mövzuya görə xəbərlər