Son dəqiqə

Uzun vadede en büyük tehdit: aşırı hava olayları ve ekosistem çöküşü Dezenformasyon ve toplumsal kutuplaşma kısa vadede yükseliyor Küresel Riskler Raporu: Jeoekonomik gerilimler ilk sıraya çıktı Ticaret savaşları ve yaptırımlar küresel kriz tetikleyicisi olabilir Dünya Ekonomik Forumu: Jeoekonomik çatışma en büyük kısa vadeli risk Dünya İqtisadi Forumu: Geo-iqtisadi qarşıdurma əsas riskə çevrilib Qlobal risklər hesabatı: Ticarət və sanksiya müharibələri ön plandadır Geo-iqtisadi qarşıdurma ilk sırada: Dünya böhran riski artır Dezinformasiya və qütbləşmə qlobal risklər siyahısında yüksəlir Uzunmüddətli təhlükə: ekstremal hava və ekosistemlərin dağılması

Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Qlobal liderlər və ekspertlər qısa müddətli perspektivdə dünya üçün ən ciddi təhlükənin geo-iqtisadi qarşıdurma olduğunu bildiriblər. Bu nəticə Dünya İqtisadi Forumu tərəfindən açıqlanan illik Qlobal Risklər Hesabatında əksini tapıb.

Hesabat çərçivəsində dünyanın müxtəlif bölgələrindən 1300-dən çox qərarverici və ekspert arasında sorğu aparılıb. Respondentlərin 18 faizi yaxın iki il ərzində qlobal böhrana səbəb ola biləcək əsas risk kimi geo-iqtisadi qarşıdurmanı göstərib.

İqtisadi alətlər geosiyasi silaha çevrilir

Hesabatda geo-iqtisadi qarşıdurma anlayışı ticarət, investisiya, sanksiyalar və sənaye siyasətinin geosiyasi rəqiblərə təzyiq vasitəsi kimi istifadə edilməsi kimi izah olunur. Bu yanaşma dövlətlərin öz təsir dairələrini möhkəmləndirməyə çalışması ilə əlaqələndirilir.

Forumun Davos toplantısının icraçı direktoru Sadiya Zahidi bildirib ki, artan tariflər, xarici investisiyalara nəzarətin sərtləşdirilməsi və kritik minerallar kimi resurslara çıxışın məhdudlaşdırılması bu prosesin əsas nümunələridir. Onun sözlərinə görə, iqtisadi siyasət getdikcə əməkdaşlıq aləti deyil, təzyiq mexanizmi rolunu oynamağa başlayır.

Ticarət müharibələri və proteksionizm fonu

Hesabatda konkret ölkələrin adları çəkilməsə də, riskin ötən illə müqayisədə doqquzuncu yerdən birinci yerə yüksəlməsi son bir ildə qlobal ticarət münaqişələrinin kəskinləşməsi ilə əlaqələndirilir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə tətbiq edilən sərt tarif siyasəti bu prosesə təkan verən əsas amillərdən biri kimi qiymətləndirilir.

Forumun qənaətinə görə, dünya çoxtərəfli əməkdaşlıqdan uzaqlaşaraq yeni “rəqabət dövrü”nə daxil olur. Proteksionizm, strateji sənaye siyasəti və kritik təchizat zəncirlərinə dövlət müdaxiləsi bu tendensiyanı gücləndirir.

Digər əsas risklər

Hesabatda qısa müddətli risklər siyahısında dezinformasiya və yanlış məlumatların yayılması, eləcə də cəmiyyətlərdə qütbləşmə ikinci və üçüncü yerləri tutur.

Uzunmüddətli perspektivdə isə əsas təhlükə ətraf mühitlə bağlı risklər hesab olunur. Ekstremal hava hadisələri, biomüxtəlifliyin azalması, ekosistemlərin dağılması və Yer sistemlərində kritik dəyişikliklər ən ciddi təhdidlər sırasında yer alır.

İnfrastruktur riskləri yetərincə qiymətləndirilmir

Hesabata müşayiət edən açıqlamada Sürix Sığorta Qrupunun baş risk direktoru Piter Giger diqqət çəkib ki, enerji, su və rəqəmsal sistemlər kimi kritik infrastrukturun pozulması riski siyahıda gözləniləndən xeyli aşağı yerdə qərarlaşıb.

Onun sözlərinə görə, bu risk yaxın iki il üçün 22-ci, on il üçün isə 23-cü yerdə göstərilib ki, bu da “müasir həyat üçün son dərəcə vacib olan bir sahə üçün təhlükəli laqeydlik” kimi dəyərləndirilir.