Son dəqiqə

ABŞ səfiri: Suriya ilə təhlükəsizlik sazişi gündəmdədir İsrail Suriyanı İbrahim Anlaşmalarında görmək istəyir ABŞ-ın İsraildəki səfiri: Türk və rus birlikləri cənuba keçməməlidir Vaşinqton–Təl-Əviv xətti: Suriya üçün yeni təhlükəsizlik planı İsrail Suriyanın cənubu ilə bağlı təhlükəsizlik zəmanətləri istəyir

Suriya ilə imzalanacaq təhlükəsizlik sazişi türk, rus birliklərin Suriyanın cənubuna keçməsinin qarşısını almalıdır - ABŞ-ın İsraildəki səfiri

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın İsraildəki səfiri Yexiel Leiter Suriyanın gələcəkdə İbrahim Anlaşmalarına daxil edilə biləcəyini bildirib və bunun üçün təhlükəsizlik zəmanətlərinin əsas şərt olduğunu vurğulayıb. Onun sözlərinə görə, İsrail Suriyanın cənub sərhədlərində türk və rus hərbi birliklərinin yerləşməsinin qarşısını almaq məqsədilə Dəməşqlə təhlükəsizlik sazişi imzalanmasını istəyir.

TurkicWorld-un verdiyi məlumata görəİsrail mətbuatına müsahibəsində səfir qeyd edib ki, İsrail, Suriya və ABŞ arasında münasibətlərin normallaşdırılması üçün ciddi potensial mövcuddur. O bildirib ki, yeni Suriya ordusu daxilində radikal qrupların güclənmədiyi şəraitdə Suriyanın İbrahim Anlaşmalarına qoşulmasına mane olacaq əsas səbəb yoxdur.

Leiterin sözlərinə görə, İsrail Suriyanın cənub bölgələrində təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu, xüsusilə radikal qrupların İsrail sərhədlərinə yaxınlaşmaması baxımından vacibdir. O vurğulayıb ki, İsrailin əsas narahatlığı cənubdan İsrail ərazilərinə yönələn potensial təhlükələrdir.

ABŞ-ın İsraildəki səfiri əlavə edib ki, İsrail Suriyada azlıqlarla bağlı hər hansı təhlükə yaranacağı təqdirdə vəziyyətin qarşısının alınmasına, eyni zamanda iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazırdır. Onun sözlərinə görə, iqtisadi inkişaf və səhiyyə sahəsində mümkün əməkdaşlıq Suriyanın bərpasına töhfə verə bilər.

Leiter xüsusilə Suriyanın cənubunda, o cümlədən Süveyda bölgəsində druz qruplarının təhlükəsizliyinə diqqət çəkib. O bildirib ki, Suriya ilə imzalanacaq mümkün təhlükəsizlik sazişi türk, rus və radikal silahlı birliklərin müəyyən xəttdən cənuba keçməsinin qarşısını almalıdır.

Səfirin fikrincə, bu cür razılaşma həm regional sabitliyin təmin olunmasına, həm də İsrailin təhlükəsizlik maraqlarının qorunmasına xidmət edə bilər.