Son dəqiqə

ABŞ Pakistan hərbi təlimlər Vaşinqton ikitərəfli əməkdaşlıq İslamabad

ABŞ və Pakistan birgə hərbi təlimlər keçirir

BAKI,TurkicWorld

Pakistanın Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzində (NCTC) "İlhamlanmış Qambit -2026" (Inspired Gambit-2026) adlı 13-cü birgə hərbi təlimlər keçirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Bildirilib ki, iki həftə davam edəcək təlim antiterror əməliyyatları sahəsində keçirilir. Təlimdə Pakistan və ABŞ ordularının peşəkar hərbi kontingentlərinin iştirakını nəzərdə tutulur.

Manverlər antiterror sahəsində təcrübə mübadiləsi yolu ilə qarşılıqlı anlaşmanın və əməliyyat uyğunluğunun artırılmasına, eyni zamanda effektiv antiterror əməliyyatları üçün zəruri olan taktika, texnika və prosedurların daha da təkmilləşdirilməsinə hədəflənib.

Mövzuya görə xəbərlər