Son dəqiqə

ABŞ Danimarka Donald Tramp Ağ Ev Qrenlandiya Kerolayn Livitt

Tramp komandası ilə Qrenlandiyanın alınmasını fəal şəkildə müzakirə edir

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp tabeliyində olanlarla Qrenlandiyanın alınması imkanlarını fəal şəkildə müzakirə edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Prezident hazırda bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə edir", - deyə o qeyd edib.

Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi ehtimalı ilə bağlı suala cavab olaraq, Livitt bildirib ki, "Prezident Tramp həmişə bütün mümkün variantları nəzərdən keçirir" və eyni zamanda Amerika lideri üçün prioritet həll yolunun diplomatiya olduğunu da qeyd edib.

Mövzuya görə xəbərlər