Son dəqiqə

Çin Tayvan ətrafında ən genişmiqyaslı hərbi təlimlərini keçirdi Justice Mission 2025: Çin Tayvanın blokadasını məşq edir Tayvan ətrafında gərginlik: Çin real döyüş atışlarına başladı Çin Tayvan ətrafında yeni hərbi ssenariləri sınaqdan keçirdi Pekinin Tayvan mesajı: blokada və real raket atışları Asiya-Sakit okean regionunda hərbi eskalasiya dərinləşir Çin Tayvanı mühasirəyə alma ssenarisini məşq etdi Tayvan ətrafında Çin hərbi manevrləri genişlənir Pekin-Taypey xəttində gərginlik yeni mərhələyə keçir China expands Taiwan war games with blockade scenarios

Çinin Tayvan ətrafında son hərbi təlimləri nə mesaj verir?

BAKI,TurkicWorld,AzerVoice Analitik Təhlil Mərkəzi

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Justice Mission 2025” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər son üç ildə Tayvan ətrafında keçirilən altıncı böyük hərbi manevr olmaqla yanaşı, miqyası və taktiki məqsədlərinə görə əvvəlkilərdən ciddi şəkildə fərqlənib.

Çin Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin məlumatına əsasən, təlimlər Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində yerləşən hava və dəniz məkanlarını əhatə edib. Manvrlər zamanı döyüş gəmiləri, qırıcılar, bombardmançı təyyarələr, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərdən istifadə olunub.

Blokada və real döyüş ssenariləri

Məlumata görə, Çin qüvvələri Tayvanın hava məkanına nəzarətin ələ keçirilməsi, əsas limanların – o cümlədən Keelung və Kaohsiung limanlarının – blokadaya alınması, eləcə də kritik infrastruktur və dəniz hədəflərinə zərbələrin endirilməsi ssenarilərini məşq edib.

Təlimlərin ikinci günündə beş zonada 10 saatlıq real döyüş atışları həyata keçirilib. Tayvan Sahil Mühafizəsinin məlumatına əsasən, Çin qüvvələri iki təlim zonasına yeddi raket atıb.

Əvvəlki təlimlərdən əsas fərqlər

Təhlükəsizlik üzrə analitiklərin fikrincə, “Justice Mission 2025” son illərdə keçirilən təlimlər arasında əhatə dairəsinə görə ən genişmiqyaslı olub. Təlim zonalarının bir hissəsinin Tayvanın ərazi sularına daxil olması eskalasiya kimi qiymətləndirilir.

Mütəxəssislər bildirir ki, bu dəfə təlimlər açıq şəkildə Tayvanın dəniz və hava blokadasına fokuslanıb və bu, ABŞ, Yaponiya və regiondakı digər aktorlara yönəlmiş açıq mesaj kimi dəyərləndirilir. Blokada ssenarisi Tayvanın enerji daşıyıcıları – təbii qaz və kömür idxalına ciddi zərbə vura, eyni zamanda Tayvan boğazından keçən qlobal ticarət marşrutlarını poza bilər.

Təlimlərin siyasi fonu

Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və ABŞ-ı Taypeyə silah satmaqla ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. “Justice Mission 2025” təlimləri Vaşinqtonun Tayvana 11,1 milyard dollar həcmində rekord silah satışını təsdiqləməsindən bir neçə gün sonra keçirilib.

Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, təlimlər “Tayvanın müstəqilliyini təşviq edən separatçı qüvvələrə qarşı cəza və çəkindirici tədbir” xarakteri daşıyır.

Tayvan və ABŞ-ın reaksiyası

Tayvan hakimiyyəti təlimlər fonunda onlarla daxili reysi ləğv edib, yüzlərlə beynəlxalq uçuşun gecikə biləcəyi barədə xəbərdarlıq edib. Müdafiə naziri Wellington Koo Çinin addımlarını “regional sabitliyə ciddi təhdid” kimi qiymətləndirib.

ABŞ Prezidenti Donald Trump isə jurnalistlərə açıqlamasında vəziyyətdən narahat olmadığını bildirib və Si Cinpin ilə münasibətlərinin yaxşı olduğunu vurğulayıb.