Son dəqiqə

Londonun BCM-yə təzyiq iddiası: Netanyahu işi fonunda gərginlik Kərim Xan Böyük Britaniyanın BCM-ni hədələdiyini açıqlayıb Netanyahu işi üzrə beynəlxalq hüquq müstəvisində yeni qalmaqal Прокурор МУС заявил о давлении Великобритании из-за дела Нетаньяху Лондон якобы угрожал МУС из-за ордера на арест премьер-министра Израиля

Britaniya Netanyahu barədə həbs qərarına görə məhkəməyə təzyiq göstərir - BCM baş prokuroru

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan Böyük Britaniya hökumətinin İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarılması istiqamətində atılan addımlar davam edəcəyi təqdirdə məhkəməni maliyyə baxımından cəzalandırmaqla hədələdiyini iddia edib.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, Kərim Xan BCM-yə təqdim etdiyi rəsmi ərizədə Netanyahunun mühakimə olunması təşəbbüsünü müdafiə etdiyini və bu səbəbdən Londondan birbaşa təzyiqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti BCM-nin Netanyahu barədə həbs orderi çıxarmağa davam edəcəyi halda, məhkəmənin maliyyələşdirilməsini dayandırmaq və Roma Statutundan çıxmaq ehtimalını gündəmə gətirib.

Xan bildirib ki, 23 aprel 2024-cü il tarixində yüksək vəzifəli britaniyalı rəsmi ilə bu mövzuda görüş keçirib. O, rəsminin adını açıqlamasa da, “The Guardian” həmin şəxsin o dövrdə Böyük Britaniyanın xarici işlər naziri olmuş Devid Kemeron ola biləcəyini yazıb.

Baş prokuror əlavə edib ki, 2024-cü ilin aprelində ABŞ rəsmisi tərəfindən də xəbərdarlıq alıb. Bildirilib ki, Netanyahu barəsində həbs qərarlarının verilməsi “ciddi və dağıdıcı nəticələrə” səbəb ola bilər.