Son dəqiqə

Odessa yaxınlığında Türkiyə yük gəmisinə hücum iddiası CENK-T gəmisindən görüntülər yayıldı: insident araşdırılır Qara dənizdə gərginlik: Türkiyə gəmisi ilə bağlı iddia Турецкое грузовое судно CENK-T предположительно подверглось атаке у Одессы Появились первые кадры с судна CENK-T после инцидента Инцидент с турецким судном у побережья Украины расследуется

Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyəyə məxsus CENK-T adlı yük gəmisinin Ukraynanın Odessa şəhərində limana yaxınlaşdığı vaxt hücuma məruz qaldığı iddia olunur. Hadisə ilə bağlı gəmidən olduğu bildirilən ilk görüntülər yayılıb.

TurkicWorld xəbər verir ki, iddialara görə, insident Odessa limanı akvatoriyasında baş verib. Hücumun xarakteri və dəqiq səbəbləri ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənmiş açıqlama verilməyib.

Gəminin heyətinin vəziyyəti, mümkün zərər və ya xəsarətlər barədə də məlumat açıqlanmayıb. Məsələ ilə bağlı Türkiyə və Ukrayna tərəflərinin araşdırma apardığı bildirilir.

Qeyd edək ki, Qara dənizdə davam edən hərbi gərginlik fonunda son aylarda ticarət gəmilərinin təhlükəsizliyi beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur.