Son dəqiqə

Qətər: Gəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq Doha: Atəşkəs danışıqları kritik mərhələdədir Qətər baş naziri: Mövcud vəziyyət hələ atəşkəs deyil Qətərdən Gəzza açıqlaması: tam atəşkəs üçün əsas şərt Doha Forumunda Qəzza truce-si müzakirə olundu Qətər: İsrail çıxmayınca sülh mümkün deyil

Qəzzada atəşkəs yalnız İsrailin tam çıxışı ilə mümkün olacaq - Qətər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani bildirib ki, Qəzza müharibəsində ABŞ tərəfindən dəstəklənən atəşkəsin möhkəmləndirilməsi ilə bağlı danışıqlar “kritik mərhələdədir” və hazırkı vəziyyəti tam atəşkəs adlandırmaq mümkün deyil.

TurkicWorld xəbər verir ki, Dohada keçirilən Forumda çıxış edən baş nazir bildirib ki, “Hazırkı vəziyyət yalnız pauzadır. Bu, hələ atəşkəs deyil. Atəşkəs o zaman tam olacaq ki, İsrail qüvvələri Gəzzadan tamamilə çıxsın, sabitlik bərpa olunsun və insanlar sərbəst şəkildə gedib-gələ bilsinlər.”

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın iki il davam edən müharibəni bitirmək üçün irəli sürdüyü sülh planının növbəti mərhələlərinə dair danışıqlar davam edir. Plana əsasən, Qəzzada beynəlxalq “Sülh Şurası” tərəfindən nəzarət olunan müvəqqəti texnokrat Fələstin hökuməti və beynəlxalq təhlükəsizlik qüvvəsi yaradılmalıdır. Təhlükəsizlik qüvvəsinin tərkibi və mandatı üzrə razılaşma danışıqların ən çətin hissəsi olaraq qalır.

Cümə axşamı İsrail nümayəndə heyəti Qahirədə vasitəçilərlə son girovun geri qaytarılması məsələsini müzakirə edib. Bu addım Tramp planının ilk mərhəsinin başa çatdırılması üçün əsas şərtlərdən biridir.

10 oktyabrda atəşkəs qüvvəyə mindikdən sonra zorakılıq azalsa da, İsrail hələ də Qəzzaya zərbələr endirir və “HƏMAS infrastrukturunu” hədəf aldığını deyir. HƏMAS və İsrail isə qarşılıqlı olaraq razılaşmanı pozmaqda bir-birini ittiham edir.