Son dəqiqə

Fidan: Hamas yalnız etibarlı idarəetmə qurulduqdan sonra silah tərk edə bilər Fidan: Atəşkəs planının dayanması dünya üçün böyük uğursuzluq olar Ankara Qəzza üçün yeni model təklif edir: Mülki idarəetmə + beynəlxalq polis Türkiyə: İsrailin siyasəti Suriyada stabilliyi pozur

HƏMAS yalnız etibarlı mülki idarəetmə qurulduqdan sonra silahsızlaşdırıla bilər - Fidan

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Qəzzada HƏMAS-ın silahsızlaşdırılması üçün əvvəlcə etibarlı mülki idarəetmə və beynəlxalq dəstəkli, peşəkar polis qüvvəsi qurulmalıdır. Onun sözlərinə görə, HƏMAS idarəetməni təhvil verməyə hazırdır, lakin ilkin mexanizmlər formalaşmadan silahsızlaşdırma tələb etmək “real deyil”.

TurkicWorld xəbər verir ki, Fidan bu barədə Dohadakı Forum çərçivəsində verdiyi müsahibədə deyib.

Fidan deyib ki, qurulacaq polis qüvvəsində HƏMAS üzvləri yer almayacaq və proses beynəlxalq sabitləşdirmə missiyası tərəfindən dəstəklənəcək. Nazir əlavə edib ki, ABŞ administrasiyası Türkiyənin bu missiyaya qoşulması üçün İsrailə təzyiq göstərir. O, atəşkəs planının növbəti mərhələyə keçməməsini həm Vaşinqton, həm də beynəlxalq ictimaiyyət üçün “böyük uğursuzluq” adlandırıb.

Türkiyə XİN rəhbəri həmçinin vurğulayıb ki, Suriya Demokratik Qüvvələri (SDF) Suriyanın dövlət strukturlarına inteqrasiya ilə bağlı əldə edilmiş razılaşmanı yerinə yetirməyə hazır görünmür, əksinə yayınır.

Nazir sonda bildirib ki, İsrailin Suriyadakı “destabilizasiya siyasəti” ölkədə birliyi bərpa etmək səylərinə mane olan əsas faktorlardan biridir.