Son dəqiqə

Putin: Avropa sülh istəmir və Trampın təşəbbüslərinə mane olur Kreml Ukrayna danışıqlarına qayıtmağa hazır olduğunu açıqladı Rusiya Qara dənizdə hücumları genişləndirəcəyini bəyan etdi Putin Avropanı sülhə mane olmaqda günahlandırdı Rusiya Ukrayna ilə bağlı danışıqlara qayıtmaq şərtini açıqladı Qara dəniz gərginliyi artır: Kreml yeni hücumlar elan etdi Rusiya–Avropa münasibətlərində yeni gərginlik

Avropalılar sülh istəmir - Putin

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə bağlı danışıqlara qayıtmağa hazırdır, lakin bunun üçün Avropa ölkələri “reallıqları qəbul etməlidir”. TurkicWorld xəbər verir ki, dövlət başçısı bu fikirləri 2 dekabrda Moskvada jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Putin Avropa İttifaqını sülh təşəbbüslərinə mane olmaqda ittiham edərək bildirib ki, Avropa ölkələri nə sülh istəyir, nə də ABŞ Prezidenti Donald Trampın münaqişəni dayandırmaq cəhdlərinə şərait yaradır.

“Biz Avropa ilə müharibə etmək niyyətində deyilik. Amma əgər Avropa bizimlə müharibə etmək istəsə və başlatsa, biz buna dərhal hazırıq. Belə bir halda elə vəziyyət yarana bilər ki, danışacaq tərəf belə qalmayacaq,” — deyə o bildirib.

Rusiya lideri həmçinin Qara dənizdə tanker konvoylarına edilən hücumlara cavab olaraq Ukraynanın limanlarına və oraya daxil olan gəmilərə qarşı hücumların genişləndiriləcəyini bildirib.

Putinin sözlərinə görə, Ukrayna istiqamətində gərginliyin artması və Qara dənizdəki insidentlər Moskvanı öz təhlükəsizlik tədbirlərini sərtləşdirməyə məcbur edir.

Mövzuya görə xəbərlər