Son dəqiqə

Çin ABŞ Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman Pentaqon F-35 qırıcıları

Səudiyyə Ərəbistanına F-35 satışı Pentaqonda ciddi narahatlıq yaradıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ mediasında yayılan məlumatlara görə, Vaşinqtonun Səudiyyə Ərəbistanına F-35 qırıcılarının mümkün satışı Pentaqonda ciddi narahatlıq yaradıb. TurkicWorld xəbər verir ki, ABŞ-nin müdafiə və kəşfiyyat qurumları F-35 texnologiyasının Çin tərəfindən əldə edilə biləcəyi ehtimalını diqqət mərkəzinə çevirib.

Mənbələrin məlumatına görə, Pentaqonun hazırladığı son kəşfiyyat qiymətləndirməsində F-35-lərin “Çin casusluğu və ya Pekin–Riyad təhlükəsizlik əməkdaşlığı kanalları vasitəsilə risk altına düşə biləcəyi” qeyd edilib. Bu çərçivədə Vaşinqtonun Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satışı ilə bağlı yekun detalları işlədiyi, Müdafiə Nazirinin təsdiqinin gözlənildiyi bildirilir.

Məlumatlara görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman 18 noyabrda ABŞ Prezidenti Donald Trampla görüşəcək və mümkün F-35 anlaşması da danışıqlar gündəliyində olacaq.

Pentagon mənbələri satışın regiondakı balans, texnologiyanın təhlükəsizliyi və Çin ilə strateji rəqabət kontekstində “həssas məsələ” olduğunu vurğulayır.

Mövzuya görə xəbərlər