Son dəqiqə

ABŞ Livan Livan-İsrail münasibətləri İran sanksiyalarla bağlı danışıqlar Tramp İran nüvə razılaşması Donald Trampın Yaxın Şərq siyasəti İran nüvə proqramı Hizbullahın silahsızlaşdırılması İran Hizbullah əməkdaşlığı İran və Hizbullah dəstəyi Hizbullahın Livandakı rolu Hizbullah Livan hökuməti qarşıdurması ABŞ-ın Yaxın Şərq siyasəti İran sanksiyaları İran iqtisadiyyatına sanksiyalar ABŞ-nin Maliyyə Nazirliyi İsrail Livan danışıqları Con Hirli Hizbullah İsrail qarşıdurması

ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır.

TurkicWorld arabnews -a istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib.

Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.

Onun sözlərinə görə, ABŞ-nin Tehrana qarşı həyata keçirdiyi “maksimum təzyiq” strategiyası nüvə proqramını və regional təsir imkanlarını məhdudlaşdırmağı hədəfləyir. Həmçinin o deyib ki, İsrailin 2023-2024-cü illər müharibəsi zamanı qruplaşmaya ciddi zərbə vurması Livanda yeni siyasi vəziyyət yaradıb.

Herli bildirib ki, əgər ‘Hizbullah’ silahsızlaşdırılsa, ölkə yenidən öz suveren nəzarətini bərpa edə bilər, bunun açarı isə İranın maliyyə təsirini zəiflətməkdir.

ABŞ rəsmisi xatırladıb ki, sentyabr ayında nüvə və raket proqramı ilə bağlı danışıqların dayanmasından sonra BMT sanksiyaları yenidən tətbiq edilib və İran iqtisadiyyatı hiperinflyasiya riski ilə üzləşib.

Qeyd edək ki, Tehranın iddiasına görə, nüvə proqramı yalnız mülki enerji məqsədləri daşıyır. Qərb ölkələri isə İranı gizli şəkildə nüvə silahı üzərində işləməkdə ittiham edir.

Herli Yaxın Şərqə səfəri haqqında danışarkən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Livanda hökumət nümayəndələri, bankçılar və özəl sektorla görüşlər keçirdiyini bildirib.

Xatırladaq ki, ötən həftə Vaşinqton “Hizbullah”ın maliyyələşməsində rol oynamaqda ittiham edilən iki şəxsi sanksiya siyahısına əlavə etmişdi.

Mövzuya görə xəbərlər