Son dəqiqə

Finlandiya Rusiya Avropa Avropa Komissiyası

Avropa Komissiyası rusiyalılara Şengen vizasının verilməsini qadağan edib - KİV

BAKI,TurkicWorld

Avropa Komissiyası rusiyalılara Şengen vizasının verilməsinin qadağan olunması barədə qərar qəbul edib. Qurum bu qərarı bu gün elan edəcək.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşları üçün əlavə məhdudiyyətlərin tətbiqi məsələsinə baxış zamanı qərarın vaxtını açıqlayıb.

Gözlənilən yeniliklər barədə təfərrüatlar açıqlanmasa da, bəzi kateqoriyadan olan rusiyalıların sanksiyalara məruz qala biləcəyi bildirilir.

Qeyd olunur ki, Finlandiya artıq indi rusiyalı turistlərə çoxgirişli vizaları çox məhdud miqdarda təqdim edir. Belə ki, Finlandiyanın Moskvadakı səfirliyi bu il Rusiya vətəndaşlarına 2,3 min bu cür çoxgirişli və 949 birdəfəlik viza verib.

Mövzuya görə xəbərlər