Son dəqiqə

Türkiyə İsrail ABŞ Misir Qətər Ağ Ev BƏƏ Qəzza humanitar böhranı Donald Trampın Yaxın Şərq siyasəti

ABŞ hərbçiləri Qəzzaya daxil olmayacaq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ hərbçiləri bölgədə fəaliiyət göstərəcək, ancaq Qəzzaya daxil olmayacaq.

TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Brad Cooper, İsrailə səfəri çərçivəsində bölgədə sivil-hərbi koordinasiya qərargahı qurulacağını açıqlayıb. Rəsmi məlumatlara görə, qərargahda 200 amerikalı hərbi personal iştirak edəcək, lakin ABŞ hərbçiləri Qəzzadə fəaliyyət göstərməyəcək.

Açıqlamada bildirilir ki,qərargahın əsas funksiyası razılaşmanın tətbiqinə nəzarət, monitorinqlərin aparılması və sabitliyin dəstəklənməsi olacaq.

ABŞ rəsmiləri bildiriblər ki, missiyaya Misir, Qətər, Türkiyə qoşulacaq. BƏƏ hərbi nümayəndələrinin də missiyaya qoşulacağı ehtimaal edilir.

Ağ Evin sözçüsü Caroline Levitt ABŞ-nin Qəzzaya qoşun göndərmək planının olmadığını təsdiqləyib.

İsrailin dövlət televiziyası bölgədə fəaliyyət göstərəcək qüvvənin silahlı ola biləcəyini bildirsə də, bu barədə rəsmi təfərrüatlar açıqlanmayıb.

Həmas silahlarını təhvil versə belə Qəzzada çoxsaylı silahlı qrupların mövcudluğu təhlükəsizliyin təminatı və əməliyyat mexanizmləri ilə bağlı suallar yaradır. Beynəlxalq qüvvələrin rolu, silahlanma səviyyəsi ilə bağlı danışıqlar davam etdirilir.

Mövzuya görə xəbərlər