Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Qəzza HƏMAS

İsrail yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması prosesinə başlayıb

BAKI,TurkicWorld, Fərid Mikayılov

İsrail, Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması üçün onların köçürülməsi prosesi başlayıb.

TurkicWorld xəbər verir ki, razılaşmaya ömürlük həbs cəzası alan 250 nəfər və Qəzza zolağından 1700 məhbus daxildir.

Xatırladaq ki, İsrail ilə HƏMAS hərəkatı arasında atəşkəs razılaşması dünən qüvvəyə minib.

Razılaşmaya əsasən, İsrail ordusu Qəzza zolağının bəzi ərazilərindən mərhələli şəkildə geri çəkilməyə başlayıb və bu proses müharibənin dayandırılması istiqamətində atılan əsas addım hesab olunur.

Mövzuya görə xəbərlər