İsveç hücum Məscid məscidə hücum Avropada zorakılıq hücum planı

İsveçdə məscidə silahlı hücum edilib

BAKI, TurkicWorld, Nərmin Ağayeva

İsveçin Örebro şəhərində məscid yaxınlığında baş verən silahlı hücumda iki nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, yerli medianın bildirdiyinə görə, yaralılardan biri məsciddən çıxarkən güllələnib.

Polis hadisə ilə bağlı “adam öldürməyə cəhd” maddəsi üzrə araşdırma başladığını açıqlayıb. Hücumun təfərrüatları və şübhəlinin tutulub-tutulmadığı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, son illərdə İsveçdə silahlı zorakılıq halları və məscidlərə qarşı təxribatlar artmaqdadır.

Mövzuya görə xəbərlər