Son dəqiqə

Çin ABŞ Donald Tramp Donald Tramp 2025 siyasəti

Tramp ABŞ-da süni intellektin inkişafını dəstəkləyən üç sərəncam imzalayıb

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt texnologiyalarının inkişaf etdirilməsi və bu sahədə istehsal olunan məhsulların ixrac imkanlarının genişləndirilməsi məqsədilə üç icra sərəncamı imzalayıb.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda keçirilən ixtisaslaşmış konfransda çıxışı zamanı açıqlama verib.

"Amerika süni intellekt yarışına öncüllük edən ölkədir. Və bu gün, ABŞ Prezidenti olaraq bəyan edirəm ki, bu yarışı Amerika qalibiyyətlə başa vuracaq", – deyə Tramp bildirib.

Prezident əlavə edib ki, ABŞ hal-hazırda süni intellekt sahəsində Çinlə müqayisədə əhəmiyyətli üstünlüyə malikdir və bu mövqeyini daha da gücləndirmək niyyətindədir.

Mövzuya görə xəbərlər