Son dəqiqə

BMT Qəzza zolağı İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi reaksiya BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA)

Qəzzada ailələr sağ qalmaq uğrunda mübarizə aparır - BMT

BAKI, TurkicWorld

BMT Qəzzada aclığın kritik həddə çatdığını və ailələrin sağ qalmaq uğrunda mübarizə apardığını bildirir.

TurkicWorld xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) İsrailin mühasirəsində olan Qəzzada vəziyyətin fəlakətli həddə çatdığını və əhalinin ciddi aclıqla üz-üzə qaldığını açıqlayıb.

OCHA-nın Fələstin ofisinin yaydığı məlumatda qeyd olunur ki, bölgədə ailələr aclıq səbəbindən dərin humanitar böhran yaşayır, uşaqlar qida çatışmazlığından əziyyət çəkir və bəziləri aclıq səbəbilə həyatını itirir.

Hesabatda həmçinin vurğulanır ki, yemək axtaran mülki şəxslər ciddi təhlükə altındadır, çoxlu sayda insan atəşə tutulur və həyatını riskə atır.

Qeyd edək ki, BMT bir neçə ay əvvəl İsrailin Qəzzada ərzaq və tibbi yardımı əngəllədiyi barədə xəbərdarlıq etmiş və vəziyyətin beynəlxalq humanitar hüquqla ziddiyyət təşkil etdiyini bildirmişdi.

Mövzuya görə xəbərlər