Son dəqiqə

İsrail ABŞ Binyamin Netanyahu Marko Rubio ABŞ-ın Yaxın Şərq üzrə elçisi Steve Witkoff İsrail ABŞ münasibətləri

Rubio Netanyahu ilə Vaşinqtonda diplomatik təmaslar keçirib

BAKI, TurkicWorld

ABŞ dövlət katibi Rubio Netanyahu ilə Vaşinqtonda görüşüb.

TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib.

Görüş paytaxt Vaşinqtondakı “Blair House” iqamətgahında baş tutub.

İsrail hökumətinin Mətbuat Ofisinin yaydığı açıqlamaya görə, əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə başlayan görüş sonradan təkbətək davam etdirilib.

Bəyanatda həmçinin bildirilib ki, Netanyahu ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla da ayrıca görüş keçirib.

Qeyd edək ki, son günlər İsrail və ABŞ rəhbərliyi arasında diplomatik təmasların intensivləşdiyi müşahidə olunur.

Mövzuya görə xəbərlər