Son dəqiqə

İran Tehran Məhəmmədhüseyn Baqeri Məsud Pezeşkian Seyid Əli Xamenei İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran münaqişəsi

İran hücumlarda ölən hərbçi və alimlərini anır

BAKI, TurkicWorld

Tehran minlərlə insanın qatıldığı dəfn mərasimi ilə şəhidlərini yola salıb.

TurkicWorld xəbər verir ki, İsrailin iyunun 13-də Tehrana endirdiyi hücumlar nəticəsində həyatını itirən 60 nəfərlə vidalaşmaq üçün paytaxtda dövlət səviyyəsində dəfn mərasimi keçirilib.

Onların arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, yüksək rütbəli hərbçilər, nüvə alimləri və mülki şəxslər də olub.

Tehran Universitetində qılınan cənazə namazı ilə başlayan mərasimdə prezident Məsud Pezeşkian və digər yüksək vəzifəli şəxslər iştirak edib. Minlərlə insan “ABŞ-a ölüm”, “İsrailə ölüm” şüarları səsləndirib, əllərində İran bayraqları və şəhidlərin şəkillərini tutaraq İnqilab Meydanından Azadlıq Meydanına qədər 11 kilometrlik yürüş ediblər.

Qeyd edək ki, dəfn mərasimində İran lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şəmxani və Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani də iştirak edib. Tabutlar rəsmi mərasimdən sonra Tehranda və digər şəhərlərdə dəfn olunacaq.

Mövzuya görə xəbərlər