Son dəqiqə

İsrail ABŞ John Kennedy Nüvə proqramları Robert Kennedy sənədləri Robert Kennedy sui-qəsdi araşdırması İsrail İran hücumu ABŞ-İsrail diplomatik gərginlik İsrail-İran atəşkəsi

Kennedinin qətli ilə bağlı İsrail iddiası

BAKI, TurkicWorld

Kennedinin qətlinin arxasında İsrail ola bilər.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Respublikaçı konqresmeni Marjorie Taylor Greene keçmiş prezident Con Kennedinin qətli ilə bağlı iddia səsləndirib.

O bildirib ki, Kennedinin İsrailin nüvə proqramına qarşı çıxışı onun həyatına son qoyan səbəb ola bilər.

Greene sosial media platforması X-dəki paylaşımında “Amerika xalqı tərəfindən sevilən böyük bir prezident vardı. O, İsrailin nüvə proqramına qarşı çıxdı və sonra sui-qəsd edildi” sözlərini yazıb. O, eyni zamanda, bu iddiaları irəli sürdüyü üçün öz təhlükəsizliyindən narahat olduğunu da bildirib.

Konqresmen həmçinin ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarına etiraz edərək, ölkəsinin "xarici maraqlar" naminə müharibələrə cəlb olunduğunu və bu siyasətin ABŞ əsgərlərinə ağır təsir etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. Rəsmi araşdırmalar cinayətin Li Harvi Osvald tərəfindən törədildiyini göstərsə də, illərdir Kennedinin ölümü ilə bağlı müxtəlif nəzəriyyələr gündəmdədir. Kennedi prezidentliyi dövründə İsrailin nüvə proqramı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etmiş və İsrail hökumətindən şəffaflıq tələb etmişdi.

Mövzuya görə xəbərlər