Son dəqiqə

İsrail ABŞ Binyamin Netanyahu Donald Tramp ABŞ-ın Ankara səfiri namizədi Tom Barak İsrail Suriya hücumu Tomas Barak Tomas Barak Suriya üzrə nümayəndə

ABŞ nümayəndəsi İsraildə - Suriya yenidən gündəmdə

BAKI, TurkicWorld

ABŞ-ın xüsusi nümayəndəsi İsraildə- Suriya gündəmin əsas mövzusudur.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Suriyaya dair xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Qüdsə səfər edərək İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşüb.

Barakın səfəri İsrailin Colan təpələrinə atılan iki minaatan mərmisinə cavab olaraq, Suriyanın cənubundakı Dəraa və Quneytra bölgələrinə hava hücumları təşkil etdiyi gərgin vaxtla üst-üstə düşüb. “Prezident Tramp hesab edir ki, Suriya heç bir halda qonşularını, o cümlədən İsraili təhdid edəcək ölkələr üçün platformaya çevrilməməlidir” - deyə ABŞ rəsmisi Netanyahu ilə görüşdən sonra sosial şəbəkədə yazıb.

İsrail tərəfi hücumların təhlükəsizlik məqsədi daşıdığını bildirsə də, Suriya hökuməti hücumların insan tələfatına və maddi zərərə səbəb olduğunu açıqlayıb. Dəməşq bəyan edib ki, cənub bölgəsində əsas məqsəd dövlət nəzarətini gücləndirmək və qeyri-rəsmi silahlı qrupların fəaliyyətinə son qoymaqdır.

Qeyd edək ki, bu, təxminən bir aylıq fasilədən sonra İsrailin Suriyanın cənubuna ilk hava zərbəsidir. Hücumlara görə məsuliyyətin Suriya prezidenti Əhməd əl-Şərəniyə aid edildiyi bildirilib.

Mövzuya görə xəbərlər