Son dəqiqə

BMT ABŞ Donald Tramp Qəzza zolağı HƏMAS İsrailin Qəzza siyasəti BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA)

Qəzza dünyanın ən aclıq çəkən bölgəsinə çevrilib

BAKI, TurkicWorld

Qəzza müharibədən sonra dünyanın “ən aclıq çəkən bölgəsi”nə çevrilib.

TurkicWorld xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrailin hərbi əməliyyatlarının 600-cü günündə Qəzza zolağı “dünyanın ən aclıq bölgəsi” elan edilib.

Qəzza sakinləri ərzaq, su və tibbi yardım çatışmazlığından əziyyət çəkir, bölgədə humanitar fəlakət hökm sürür.

Bu arada ABŞ-ın sabiq prezidenti Donald Tramp və HƏMAS eyni gündə atəşkəs razılaşmasının qaçılmaz olduğunu bəyan ediblər. Tramp administrasiyası Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirməyə çalışdığını açıqlayıb. Onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da razılaşma istiqamətində irəliləyiş olduğunu və yeni atəşkəs təklifi üzərində iş aparıldığını bildirib.

HƏMAS isə daimi atəşkəs və İsrail qüvvələrinin bölgədən tam çıxmasını nəzərdə tutan ümumi razılaşma çərçivəsinin mövcud olduğunu açıqlayıb.

Qeyd edək ki, BMT və digər beynəlxalq təşkilatlar Qəzzada mövcud vəziyyəti “insani böhran” kimi qiymətləndirir və dərhal atəşkəsin bərpa edilməsini tələb edirlər.

Mövzuya görə xəbərlər