Son dəqiqə

ABŞ Donald Tramp Ağ Ev Cənubi Afrika Respublikası Cənubi Afrika soyqırımı Ağ fermerlərə hücum iddiası Donald Tramp Cənubi Afrika görüşü

Trampın Cənubi Afrika soyqırımı iddiası saxta video ilə sübut olunub

BAKI, TurkicWorld

Trampın Cənubi Afrika fermerlərinə dair “soyqırım” görüntüləri saxta çıxıb.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılığı sübut etmək üçün Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosaya göstərdiyi görüntülərin əslində Konqo Demokratik Respublikasında çəkilmiş videoya aid olduğu üzə çıxıb.

Tramp “soyqırım” iddiasını təsdiq etmək üçün nümayiş etdirdiyi ekran görüntüləri Britaniyanın Reuters agentliyinin müxbiri Djaffar Al Katanty tərəfindən fevralın 3-də yayımlanmış və Qoma şəhərində M23 üsyançı qruplaşması ilə toqquşma sonrası keçirilən kütləvi dəfn mərasimindən lentə alınmış görüntülər olub.

Görüntülərdə cəsəd çantaları daşıyan humanitar işçilərin yer aldığı bildirilib.

Tramp isə görüş zamanı bu görüntüləri göstərərək “Bunların hamısı dəfn edilən ağ fermerlərdir” iddia etmiş, həmçinin "Əgər bu soyqırımdırsa, bu insanları ölkəmizə aparmalıyıq" demişdi.

Lakin Cənubi Afrika Prezidenti Ramafosa bu videoları əvvəllər görmədiyini qeyd edərək, “Bu görüntülərin harada çəkildiyini əvvəlcədən bilmək istərdim. Cənubi Afrikada baş verənlər irqi soyqırım deyil, geniş yayılmış cinayət problemidir. Qurbanlar yalnız ağdərililər deyil, əsasən qaradərililərdir” açıqlamasını verib.

Amerikalı milyarder İlon Maskın da adını çəkən Tramp, "Elon Cənubi Afrikadandır. O, nə baş verdiyini çox yaxşı bilir" - deyə qeyd edib.

Mövzuya görə xəbərlər