Türkiyə ABŞ Suriya Tomas Barak Tomas Barak Suriya üzrə nümayəndə Suriya İşçi Qrupu Türkiyə ABŞ Suriya mövzusunda əməkdaşlıq Türkiyə ABŞ diplomatik əlaqələr terror təşkilatlarına qarşı ortaq mövqe regional rifah və sabitlik

Türkiyə və ABŞ sabit Suriya üçün ortaq mövqe sərgiləyir

BAKI, TurkicWorld

Sabit və vahid Suriya bölgədə təhlükəsizliyi dəstəkləyəcək.

TurkicWorld xəbər verir ki, Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Suriya İşçi Qrupunun iclasından sonra iki ölkə sabit və vahid Suriya vizyonunu paylaşdıqlarını bəyan ediblər.

Bəyanatda bildirilib ki, terror təşkilatlarına sığınacaq verməyən bir Suriya regional təhlükəsizlik və rifahı gücləndirəcək.

Görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, ABŞ nümayəndə heyətinə isə Kristofer Landau rəhbərlik edib. Toplantıda həmçinin Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal və ABŞ-ın Ankaradakı səfiri Tomas Cozef Barak da iştirak ediblər.

Birgə bəyanatda tərəflər Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar və bölgədə barışıq içində yaşayan sabit bir Suriyanın həm Suriya xalqı, həm də qonşu ölkələr üçün inam və təhlükəsizlik mənbəyi olacağına diqqət çəkiblər.

Mövzuya görə xəbərlər