Son dəqiqə

İran Rusiya Vladimir Putin Məsud Pezeşkian Rusiya İran strateji sazişi Putin İranla saziş Rusiya və İran tərəfdaşlıq razılaşması Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi

Rusiya və İran arasında genişmiqyaslı saziş parlamentdən keçib

BAKI, TurkicWorld

İran parlamenti Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiqləyib.

TurkicWorld xəbər verir ki, İran parlamenti Rusiya ilə müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutan “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi”ni rəsmi şəkildə təsdiqləyib.

Saziş yanvarın 17-də İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

İran Parlamenti Xəbər Agentliyinin (ICANA) məlumatına görə, sənəd iki ölkə arasında hərbi müdafiə, terrorizmlə mübarizə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu addım Rusiya və İran arasında artan strateji yaxınlaşmanın daha da möhkəmləndirilməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Rusiya Dövlət Duması və Federasiya Şurası da bu sazişi təsdiqləyib. İran isə 2021-ci ilin martında Çinlə də oxşar xarakterli strateji tərəfdaşlıq sazişi imzalamışdı.

Mövzuya görə xəbərlər