Son dəqiqə

Türkiyə İran ABŞ Qətər Donald Tramp Qəzza zolağı HƏMAS İranın nüvə proqramı Tramp İran nüvə razılaşması Trampın Yaxın Şərq siyasəti

Trampdan Qəzzada azadlıq planı

BAKI,TurkicWorld

ABŞ prezidenti Tramp Qəzzanı “azadlıq zonası”na çevirmək ideyasını gündəmə gətirib.

TurkicWorld xəbər verir ki, bu gün Qətərdə çıxış edən ABŞ prezidenti Donald Tramp İsrail-HƏMAS müharibəsi fonunda Birləşmiş Ştatların Qəzzanı “alması” və onu “azadlıq zonasına” çevirməsi təklifini irəli sür

“Qəzza üçün çox yaxşı ideyalarım var. Əgər ABŞ ora nəzarət etsə və onu azadlıq zonası etsə, fəxr edərdim” - deyə o bildirib.

O, həmçinin Yəməndə husilərlə bağlı Oman vasitəçiliyi ilə əldə edilən razılaşmadan danışaraq qeyd edib ki, hücum olarsa, ABŞ hərbi əməliyyatlara qayıda bilər. Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmaya yaxın olduqlarını da vurğulayıb. “İranın nüvə silahı ola bilməz”, – deyə o əlavə edib.

Qeyd edək ki, Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olacağı təqdirdə cümə günü Türkiyəyə səfər edə biləcəyini də açıqlayıb.

Mövzuya görə xəbərlər